• 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:36 – Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək 
  • 19:31 – “Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib 
  • 19:23 – 763-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi 

Əli və Nino: Romanın etnoqrafiyasına və müəllifə şəxsi bağlılıq

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyəti tərəfindən “Əli və Nino: Romanın etnoqrafiyasına və müəllifə şəxsi bağlılıq” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev romanın Azərbaycan tarixindəki yerindən danışıb. O bildirib ki, dinlərarası dialoq xarici siyasətimizdə önəmli rola malikdir. Bu baxımdan, "Əli və Nino" və onun siyasi məqamları haqqında təqdimat hazırlamışıq. Əsər Azərbaycanın tarixi baxımından mühüm dövrə təsadüf edir. Proseslər həm Rusiya imperiyasının işğalı, həm də ikiillik müstəqillik dövründə baş verir.
Diqqətə çatdırılıb ki, əsərin müəllifinin kimliyi ilə bağlı müxtəlif versiyalar mövcuddur. "Əli və Nino" Qurban Səid təxəllüsü ilə yazılıb. Rəsmi olaraq bu təxəllüs baronessa Elfrida fon Ehrenfelsinə məxsusdur. O, Azərbaycanda yaşamış yəhudi əsilli Lev Nissembaumun sevgilisi olub. Ona görə də əsərin Lev Nissembaum tərəfindən yazıldığı iddiaları səsləndirilir. Digər versiya isə əsərin Yusif Vəzir Çəmənzəminli tərəfindən yazılması fikridir. Amerikalı tədqiqatçı Betti Bleyr düşünür ki, əsər üçün materialları məhz Çəmənzəminli toplayıb.
Fərid Şəfiyev qeyd edib ki, bu əsəri ona doğma edən digər bir məqam isə ailə bağlarının olmasıdır. O qeyd edib ki, Çəmənzəminli onun ulu babası azərbaycanlı Əlipaşa Əliyev və həyat yoldaşı gürcü Aleksandranın qonşusu olub. Onların qızının adı Tamara olub və əsər də bu şəkildədir.
“Bu gün Azərbaycan ətrafında çox mürəkkəb geosiyasi proseslər gedir. Ölkəmizə qarşı müəyyən təzyiqlər var. Bütün bunlara baxmayaraq, Azərbaycan xarici və daxili siyasətini uğurla davam etdirir. Bugünkü hadisələr fonunda da "Əli və Nino" və onun siyasi məqamları haqqında təqdimat hazırlamağın yeridir”, - deyə F.Şəfiyev vurğulayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →