• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Səttar Bəhlulzadə sənətsevərlərə tanış olmayan fotolarda

Dekabrın 15-də Səttar Bəhlulzadənin ev-muzeyində “Səttar Bəhlulzadə fotolarda” adlı sərgi və sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovanın “Səttar Bəhlulzadə. Gözəlliyə həsr edilmiş həyat” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbir görkəmli rəssamın anadan olmasının 113-cü ildönümünə həsr edilib.
Bu barədə AZƏRTAC-a Səttar Bəhlulzadənin ev-muzeyindən məlumat verilib. Bildirilib ki, fotosərgidə böyük rəssamın sənətsevərlərə tanış olmayan, əksəriyyəti ilk dəfə nümayiş olunan, rəssamın ailəsinə məxsus nadir fotoları nümayiş edilir. Fotoların bir qismi Səttar Bəhlulzadənin gənclik dövrünə, Moskvada keçirdiyi tələbəlik illərinə aiddir. Digər fotolarda S.Bəhlulzadə məşhur Meksika rəssamı David Sikeyros, həmkarları Xalq rəssamları Toğrul Nərimanbəyov, Tağı Tağıyev, Kamil Xanlarov, Xalq artisti Gülağa Məmmədov və digər tanınmış şəxsiyyətlərlə birlikdədir.
Pərzad Abdinovanın “Səttar Bəhlulzadə. Gözəlliyə həsr edilmiş həyat” monoqrafiyasında görkəmli rəssamın həyat və yaradıcılığı janr və mövzu baxımından sistemli təhlil edilib, onun indiyə qədər araşdırılmadığı gündəliklərindəki məlumatların (mətn və rəsmlər) ilk dəfə olaraq rəssamın rəngkarlıq və qrafik əsərləri ilə müqayisəsi verilib.
Tədbirdə “Səttar Bəhlulzadənin yaradıcılığında Qarabağ” adlı video da nümayiş etdirilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →