• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

“Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” layihəsinə yekun vurulub

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və Qadınlar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu” layihəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bunu “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova dekabrın 13-də layihənin bağlanış mərasimində deyib.

Ü.Axundova qeyd edib ki, kampaniya çərçivəsində noyabr-dekabr ayları ərzində Bakı, Gəncə, Mingəçevir, Şəki və Şirvan şəhərlərində yerləşən orta məktəb, internat məktəbi, kollec və universitetlərdə debat metodologiyası əsasında “Qadınlara qarşı zorakılıq və ayrı-seçkiliyin aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusunda 30-dan çox təlim və görüşlər, 5 debat turniri, 220 saat həcmində debatlar keçirilib. Təlim və debatlarda ölkənin 5 regionu üzrə ümumilikdə 1000-dən artıq 13-26 yaş aralığında olan yeniyetmə, gənc qız və oğlan iştirak edib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →