• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

FHN: Ötən sutka 27 xilasetmə əməliyyatı həyata keçirilib VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 halda yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla 16 nəfər xilas edilib, 50 nəfər təxliyə olunub, yanğın zamanı 3 nəfər xəsarət alıb. Həmçinin Abşeron rayonunun Görədil kəndində yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalan təcili tibbi yardım avtomobili xilasedicilər tərəfindən xilasetmə texnikasının yedəyinə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.

Bundan əlavə, dekabrın 9-da Abşeron rayonunun Xırdalan şəhərində yerləşən ümumi sahəsi 160 kvadratmetr olan ikimərtəbəli dördotaqlı evdə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində partlayış baş verib. Partlayış dalğasının təsirindən evin birinci mərtəbəsində bir otağın divarı uçub, pəncərələri qırılıb. Yanğın hadisəsi olmayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →