• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏB

Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏB

“Burada iki məsələ var: kommunal, strateji məhsullar, çörək, yanacaq, sərnişindaşıma, dərman preparatlarının və s. qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir. Orada da qiymətlərin qalxması, yaxud enməsini müzakirəyə çıxarırlar, ondan sonra isə qərar verirlər ki, filan qiymətdə olsun. Amma biz bu günə kimi hansısa məhsulun ucuzlaşdırılması haqqında qərar görməmişik, hər zaman bahalaşmanın şahidi olmuşuq”.

Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimli deyib.

İqtisadçı Yeni il ərəfəsində qiymətlərin qalxmasıyla əlaqəli səslənən fikirlərə münasibət bildirib:
“Məsələn, sərnişindaşıma ilə bağlı müraciət olunub. Çünki daşıyıcı şirkətlər artıq öz borcunu-xərcini ödəyə bilmirlər. Qiymət formalaşması isə bir qaydadır. İnsanlar hər zaman düşünürlər ki, süni bahalaşma baş verir, xeyr, süni bahalaşma baş vermir.
Digər məsələlərin fonunda, yəni qiymət əmələgəlmə prosesini tənzimləyən mexanizmlər var. Bəs qiymət əmələgəlmə necə baş verir? Hər hansı bir məhsulun ərsəyə gətirilməsi üçün istifadə etdiyin xammal, vergilər, nəqliyyat xərcləri, işçilik, administrativ xərclər, vergi xərcləri toplanılır və müəyyən bir hissə üzərinə mənfəət qoyulur. Beləliklə də, qiymət əmələgəlmə prosesi bu qaydada baş verir”.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə daxili və xarici faktorlar ucbatından məhsullar bahalaşır:

“Məsələn, hansısa xammalın xaricdən Azərbaycana gətirilməsi bahalaşıb deyə bu, təbii ki, qiymətə öz təsirini göstərəcək. Ötən il ərzində Azərbaycanda yanacağın qiyməti 2 dəfə artdı. Təbii ki, bu, daşınmada qiymətlərə təsiri göstərəcək, çünki maya dəyəri artıb. Habelə inşaat materiallarının qiyməti artdığına görə tikinti sektorunda mənzillərin qiyməti artacaq. Bu da təbiidir. Yaxud, avtomobil ehtiyat hissələrinin, yanacağın və digər amillərin qiyməti artıbsa, bunlar da artıq sərnişindaşımanın əsas elementlərindən biridir”.

“Keçən il minimal əməkhaqqı 250 manat idi, bu il oldu 300 manat. Əgər hazırkı maaşlar həmin o minimal əməkhaqqı olan 300 manatın fonunda tənzimlənirsə, deməli, əməkhaqqı fondu da artdı. Bunların hər biri isə maya dəyərinin şişməsinə gətirib çıxarır və qiymətin bahalaşması ilə nəticələnir”, - ekspert qiymət artımından söz açarkən deyib.

“Yeni il ərzində də belə bir tendensiya var: konkret olaraq məhsullara tələbat artdığına görə qiymət artımları daim olur. Bu, Azərbaycanda yazılmamış qanundur və hər hansı bir başqa bir mexanizm tətbiq olunmur ki, orada qiymətlərin azaldılması, yaxud tənzimlənməsi həyata keçirilsin. Yeni il ərəfəsində də bu kimi məsələləri hər zaman müşahidə etmişik. Qısası, qida məhsullarında qiymətin artması gözlənilir”, - deyə A.İbrahimli fikrini yekunlaşdırıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →