• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Rasim Məmmədovun həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 70 milyon manatdır - Məhkəmə

Rasim Məmmədovun həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 70 milyon manatdır - Məhkəmə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Prosesdə Rasim Məmmədov və onun ailə üzvlərinə məxsus əmlakların qiymətləndirilməsi ilə bağlı sənədlərin araşdırılmasına başlanılıb.

Məlum olub ki, Rasim Məmmədov, onun ailə üzvləri, yaxın qohumlarının adına rəsmiləşdirimiş Xəzər rayonu, Mərdəkan qəsəbəsində 337.55 kvadratmetrlik yaşayış evi 331 min manat, Mərdakan qəsəbəsində daha bir ev 223 min manatdır. Bundan başqa, Rasim Məmmədovun ailə üzvlərinə məxsus Parlament prospektində qeyri-yaşayış sahəsi də var və bu əmlakın da üzərinə həbs qoyulub.

Rasim Məmmədov deyib ki, bu hadisələr baş verəndən sonra ona və ailə üzvlərinə məxsus 22 milyon manatlıq əmlakı alqı-satqı yolu ilə satılıb. "Həmin əmlaklar bəzi borcların bağlanması üçün satılıb. Bu gün işdə üzərinə həbs qoyulan əmlakların bir çoxu yoxdur, həmin əmlakların başqa sahibləri var", - təqsirləndirilən şəxs deyib.

Elan olunan sənədlərdə göstərilib ki, Ziya Bünyadov prospektində 2 min 600 kvadratmetrlik qeyri-yaşayış sahəsinin, Sabunçu qəsəbəsi, Maykoviski küçəsində yerləşən iki qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulub. Sabunçu qəsəbəsində olan əmlaklar 120 min manat miqdarında qiymətləndirilib.

Onun üzərinə həbs qoyulan digər əmlakları isə Şüvəlan qəsəbəsində bağ sahəsi, Nəsimi rayonu, Azadlıq prospektin 54 ünvanında qeyri-yaşayış sahəsi, Azadlıq prospekti 54A ünvanında mənzildir.

Rasim Məmdova məxsus Yasamal rayonu, Şərifzadə küçəsindəki qeyri-yaşayış sahəsinin isə qiymətinin 2 milyon manat dəyərində olduğu müəyyən edilib.

Məhkəmədə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın adına Bakının Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən Bakı Oksford Məktəbinin də üzərinə həbs qoyulduğunu, məktəbin 22 milyon 487 min 150 manat qiymətləndirildiyi açıqlanıb.
Təqsirləndirilən şəxs bildirib ki, məktəbin 50 faizi onlara, digər 50 faizi isə başqa şəxsə məxsusdur. Rasim Məmmədovun vəkilləri isə deyib ki, ittiham aktında məktəb 24 milyon manat qiymətləndirilib.

Hakim deyib ki, işdə "Baku Steel Company” MMC-nin rəhbərinin 1-ci müavini olmuş Çingiz Həsənova məxsus əmlaklar var, həmin əmlakların hamısı Çingiz Həsənovun öz adına olub. Hakim deyib ki, Çingiz Həsənovun işi hazırda məhkəmədə baxılan işdən ayrılıb. Bu səbəbdən həmin əmlakların siyahısı açıqlanmayıb.

İş materiallarında Rasim Məmmədova məxsus, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində "No FE ROS" MMC-nin yerləşdirdiyi torpaq sahəsinin üzərinə həbs qoyulduğu bildirilib. Həmin torpaq sahəsi 10 milyon manat, şirkətin avadanlıqları isə 25 milyon 800 min manat miqdarında qiymətləndirilib.

Rasim Məmmədov deyib ki, sənədlərdən həm torpaq sahəsinin, həm də şirkətin avadanlıqlarının üzərinə həbs qoyulduğu məlum olur: "Həmin torpağın üzərinə həbs qoyulması qanunsuzdur, çünki həmin torpaq sahəsi dövlətə məxsusdur".

Ətraflı
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi xidmətindən əmlakları ilə bağlı verilən sənəd elan olunub. Həmin sənəddə əmlakların alınma tarixi və sahiblərinin adları qeyd olunub.

Sənəddə qeyd edilib ki, Xətai rayonu, Tağıyev küçəsində 2 min 600 kv əmlak kompleksin üzərinə həbs qoyulub, həmin əmlak Rasim Məmmədovun atası Hikmət Məmmədovun adına olub. Bundan başqa, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində bir neçə mənzilin üzərinə həbs qoyulduğu qeyd olunub, həmin mənzillərin Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova məxsus olduğu qeyd olunub.

Rasim Məmmədov deyib ki, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən mənzil həyat yoldaşına atasından miras qalıb.

Xatırladaq ki, Rasim Məmmədov, onun ailə üzvləri və yaxın qohumlarına məxsus olan üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 70 milyon manatdır.

İş materiallarında Sulutəpə qəsəbəsində də Rasim Məmmədova məxsus əmlakın üzərinə həbs qoyulduğu göstəilsə də, o, həmin ərazidə ümumiyyətlə əmlakı olmadığını bildirib.
O, özünün, atasının və qayınatasının bağ evləri olduğunu və həmin bağ evlərinin hamısının “Baku Steel Company”dən öncə alındığını deyib.

Vəkili Zibeydə Sadıqova bildirib ki, istintaq orqanının təqdimatı əsasında məhkəmənin qərarı ilə Rasim Məmmədovla yanaşı, bir sıra başqa şəxslərin adlarına olan əmlakların da üzərinə həbs qoyulub. Lakin həmin əmlakların cinayət yoluyla əldə olunmasına dəlalət edən heç bir sübut ortaya qoyulmayıb.

Rasim Məmmədov da üzərinə həbs qoyulan əmlaklarla bağlı narazılığını bildirib. O deyib ki, həyat yoldaşına atasının bağışladığı əmlakların üzərinə belə həbs qoyulub: “Atasının bağışladığı əmlakın da üzərinə həbs qoyulub, bu nə deməkdir? Yaxud da yoldaşımgil üç bacıdırlar, bir bacıya görə atanın bütün əmlakına həbs qoyulub, bundan digər iki bacı da əziyyət çəkir...”.

Məhkəmədə məlum olub ki, Rasim Məmmədovun Səməd Vurğun küçəsində yerləşən binada iki mənzilinin üzərində həbs var. O bildirib ki, həmin mənzillərdən birini 2003-cü ildə alıb. İkinci mənzili isə 2009-cu ildə müəğnni Aygün Kazımovadan alıb: “Həmin binada nazirdən tutmuş, müğənniyə qədər çox adam yaşayırdı”.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →