• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Sosial sığorta ödəmələrində artım var

Sosial sığorta ödəmələrində artım var

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 448,8 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% və ya 234 mln. 348,9 min manat artıb.

Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daxilolmalar üzrə proqnoz 136 milyon 693,4 min manat artıq icra edilib.

Xəbəri rus dilində oxuyun: Kулинарный фестиваль в Шуше - Видео

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 912 milyon manat təşkil edib, proqnoz 119,8 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən illə müqayisədə 19,2 faiz artaraq 49,2 milyon manat olub, proqnoz 114,4 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 19,8 faiz artaraq 36,1 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 124,3 faiz icra olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →