Gəncədə avtomobil iki piyadanı vurdu

Gəncə şəhərində VAZ 2107 markalı avtomobilin sürücüsü iki piyadanı vurub.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib. Sürücü Asif Alməmmədov idarəetməni itirib və yolu keçmək istəyən şəxsləri vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.