Manaf Ağayevdən oğlunun həbsinə reaksiya

Müğənni Manaf Ağayevin oğlu saxlanılıb.
XEBERTV.AZ Oxu.az-a istinadla xəbər verir ki, Müşfiq Ağayev avtomobili sərxoş halda idarə etdiyi üçün polis əməkdaşları tərəfindən yaxalanıb.
Bununla yanaşı, o, polisə də müqavimət göstərib.
Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
***
Müğənni Manaf Ağayev oğlunun həbs edilməsi xəbərindən danışıb.
Manaf Ağayev Unikal.az-a açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib:
"Mən hazırda məclisdəyəm. Oğlumun həbs edilməsindən xəbərim yoxdur. Yalan söhbətdir".