Xəbər lenti
Axtar
14 Eyl 2021, 02:00   
    806
Xəbər tv qazi Namiq Əliyevlə olan müsahibəni təqdim edir.
Necə oldu müharibədə iştirak etdiniz?
-General-mayoru Polad Həşimov
şəhid olan günü mən də igid qardaşlarım kimi könüllü
olaraq hərbi komissarlığa müraciət etdim.Sentyabr ayının
30-da məni çağırdılar.Lakin mənimlə birlikdə gedənlərin
hamısı çağırışıçılar idi. Mən isə könüllü olaraq
müraciət etmişdim.Məni hərbi hissədən qaytardılar çünki
mənim adım ştatda yox idi.Mənə dedilər ki,oktyabrın 1-i
gələrsən.Müəyyən səbəblərdən,hərbi biletim itmişdi.
Mən 3-4 gün getdim gəldim,lakin aparmırdılar.
O vaxt sanki boğulurdum nəfəs ala bilmirdim.
Yenidən hərbi komissarlığa müraciət etdim və onlara
dedim ki,işə düzəlmək üçün mənə hərbi bileti
əvəz edən kağız lazımdı.Yarım saat sonra
hərbi bileti əvəz edən kağızı alandan sonra
dedim ki,mən işə düzəlmək istəmirəm
döyüşə yollanmaq istəyirəm.Məni
Mingəçevirdə yerləşən n saylı hərbi hissəyə
göndərdilər.Ordan Ağdərə Tərtər istiqamətində
gedən döyüşlərdə iştirak etdim.Kəşfiyyatçı snayper
olaraq döyüşıərə davam etdim.Mən döyüşlərdə
iştirak edəndə övladım 11 günlük idi.Hər şeyi
arxada qoyub ana vətənim üçün vuruşurdum.
Biz ana vətənin qədrini bilməsək bizi dünyaya
gətirən ananın da qədrini bilmərik.Bu mənim
şəxsi fikrimdir.Doğma torpağı qorumaq hər bir
vətən övladının borcudur.
Qələbə xəbərini eşidəndə nə hiss etdin?
-30 illik ömrümdə belə sevinc hissləri yaşamamışdım.
Həm torpaqlarımızın azad olmasına görə
həm də şəhid qardaşlarımızın qisasını aldığıma
sevindim.Allah bütün şəhidlərimizə rəhmət
eləsin.Döyüşdə yaralanan qardaşlarımıza
Allah şəfa versin.Qazilərimizə uzun ömür arzu
edirəm.Müharibədən sonra fəxr hissi ilə qalib
ölkənin əsgəri olaraq evə qayıtdım.
Gələcək arzuların barədə nələr deyərsən ?
-Mən özüm Corat qəsəbəsində böyüyüb boya-başa
çatmışam.Hal-hazırda işsizəm.
Hər bir insan sevdiyi peşə üzrə
çalışmağı arzulayır.Mənim uşaqlıqdan ən
böyük arzum təcili tibbi yardımda sürücü kimi
işləyib,ölkəmə xidmət etməkdir.Bununla bağlı
müxtəlif yerlərə müraciət etmişəm.Şükürlər olsun
müsbət rəy almışam.
Xüsusilə mənə maddi və mənəvi
yardım edən deputatımız Hicran xanım Hüseynovaya təşəkkürümü bildirirəm.
Hicran xanım işimlə bağlı müəyyən qurumlara müraciət edib.
Mənə bu işdə böyük dəstək olub.
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə xanım
Sadıqovaya da minnətdarlığımı bildirirəm.
Səkinə xanım,mənə tezliklə işimin düzələcəyini bildirib.
Mən də səbirsizliklə işə başlayacağım günü gözləyirəm.
Hal-hazırda kirayədə yaşayıram.İnşallah tezliklə işləyib
öz şəxsi evimi almaq istəyirəm.





loading...