Xəbər lenti
Axtar
14 Eyl 2021, 23:26   
    686

Bakıda ikimərtəbəli ev yandı: xəsarət alanlar var

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 kvadratmetr olan (hər mərtəbəsi 120 kvadratmetr) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

XEBERTVA.AZ xəbər verir ki,FHN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, yanğın zamanı yanıq xəsarəti alan ev sahibi və onun müxtəlif dərəcəli bədən xəsarətləri alan gəlini yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
loading...