Tərtərdə ağır qəza - ÖLƏN VAR

Tərtərdə ağır qəza - ÖLƏN VAR
Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
XEBERTV.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, rayonunun Ələsgərli kəndi ərazisində Bərdə rayon sakini Amin Əsədov idarə etdiyi “Khazar” markalı avtomobili qarşıda gedən Tərtər şəhər sakini A.Hüseynovun idarə etdiyi “VAZ-2102” markalı avtomobilə vurub . Qəza nəticəsində xəstəxanaya yerləşdirilən A.Əsədov orada ölüb.
Faktla bağlı Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.