FHN qadının öldüyü hadisə ilə bağlı məlumat yaydı

FHN qadının öldüyü hadisə ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi ötən gecə Yevlaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhəri ərazisində “Mercedes” markalı yük avtomobili yol kənarında dayanmış "Mercedes" markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Cabbarova Firuzə İsmayıl qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.