
Hacıqabulda güclü partlayış
Bu gün saat 20:30 radələrində ARDNŞ-nin Hacıqabul rayonunun ərazisində yerləşən "Kalmas" qaz anbarlarını daşıyıcı xəttində güclü yanğın baş verib.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, yanğın o qədər güclü olub ki, hətta 60-70 km radiusunda qonşu rayonların ərazisindən müşahidə olunur. Hazırda yanğını söndürülüməsinə bütün ətraf rayonların yanğısöndürənləri cəlb olunub. Artıq yanğının zəifləməsi müşahidə olunur.