
Türkiyədə güclü zəlzələ oldu
Dekabrın 10-da Türkiyənin Balıkəsir şəhərinin Altıeylül rayonunda yerli vaxtla saat 23:14-də 4,6 bal gücündə zəlzələ baş verib.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.
Məlumata əsasən, zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində olub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.Axar.az