Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Terror təşkilatları Azərbaycanın qonşuluğunda... - QORXUNC HESABAT
  • Saxta manatı əslindən necə fərqləndirmək olar?
  • Qonşuda xəbərdarlıq: Bu virusun yayılma riski böyükdür
  • 13 min nəfərə ŞAD XƏBƏR - Prezident 6,8 milyon manat ayırdı
  • Dilimizin Orfoqrafiya Normaları - Tam siyahı
  • Azərbaycan Daxili Qoşunları hazır vəziyyətə gətirildi
  • Putin Vahid Ələkbərovla görüşdü
  • Babadağda ölümə belə getdilər: Son anları... - Video
  • Pakistana 8 milyard ayrılır - Razılaşma
  • Alimlərdən SENSASİON KƏŞF: əvvəlcə heyvanlara yerləşdirəcək
  • Merkuri Günəşin qarşısını kəsəcək - Azərbaycanda da izləmək olar
  • Erməni veteran: Qarabağ heç vaxt bizim olmayıb – Müraciət
  • Vüqar Səfərli: "Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir" - MÜSAHİBƏ
  • Dünya şöhrətli alim Azərbaycan Ordusunun hesabına 100.000 ABŞ dolları həcmində pul keçirib
  • Tarix İnstitutu Şaumyanla bağlı yeni faktlar aşkarlayıb - VİDEO
  • "Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır "
  • Gündemimiz hala seçim
  • Aprel döyüşlərinin yaşayan Qəhrəmanı.
  • Ermənistan Azərbaycana qarşı İŞİD-dən istifadə edə bilər - Politoloqdan AÇIQLAMA
  • Heyvanlar da qiyamət günündə diriləcəklərmi?
  • Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdü - FOTO
  • Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
  • Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçirildi!
  • Uşaqlarına qarşı ən böyük CİNAYƏTLƏR: saatlarla məşq, cinsiyyət orqanını... - ŞOK
  • Son xəbər! 3 qızın lüt videosunu yayan şəxs saxlanıldı
  • 04 Nis 2019, 09:12   
        150
    Meyiti parçalanaraq üç rayonda basdırılan kişi niyə öldürülüb? - TƏFƏRRÜAT

    Meyiti parçalanaraq üç rayonda basdırılan kişi niyə öldürülüb? - TƏFƏRRÜAT
    BAKI-XEBERTV.AZ


    Masallı rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, meyiti parçalandığı və Azərbaycanın üç rayonunda basdırıldığı ehtimal edilən Cəlilabad rayon sakini 25 yaşlı Sahib Mahmudov “cinayət ortaqları” tərəfindən öldürülüb.

    Buna səbəb isə S.Mahmudovun “ortaq”larını işlədikləri cinayəti polisə etiraf etməklə, onları hüquq-mühafizə orqanlarına təslim etməklə hədələməsi olub.

    Dəstə üzvləri cinayətlərinin üstünün açılması təhlükəsindən azad olmaq üçün onu öldürmək qərarına gəliblər.

    Cəlilabad rayonu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, hələlik saxlanılan şəxslərin ifadələri təsdiqini tapmayıb, yəni S.Mahmudovun meyitinin heç bir hissəsi tapılmayıb. Bu istiqamətdə işlər aparılır, ancaq bu, hələlik müsbət nəticə verməyib.

    Kriminoloqlar Masallı rayonunda öldürülmüş dəstə üzvünün meyitini axtarırlar.

    Ehtimal edilir ki, sözügedən dəstənin digər cinayətlərdə də əli var.

    Faktla bağlı araşdırmalar aparılır.

    Qeyd edək ki, yerli KİV-in məlumatına görə, qətl Masallı rayonunda törədilib.

    2018-ci ilin dekabr ayında Cəlilabad rayonu, Göytəpə şəhərində R.Kazımovun yaşadığı mənzildən televizor və oyun aparatı oğurlanıb. Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi Sahib Mahmudov isə müəyyən edilib.

    Bir müddət sonra – bu ilin yanvar ayının 28-də S.Mahmudovun yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildirib. O, həmin gündən itkin düşmüş şəxs kimi axtarışa verilib.

    Bu il martın 28-də Ə.Ələkbərlidən narkotik maddə götürülüb və o, tutulub. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində Ə.Ələkbərlinin yanvarın 25-də Masallı rayonunda yerləşən “ADU Piramida” istirahət mərkəzində S.Mahmudovu bıçaqla qətlə yetirdiyi məlum olub.

    Ə.Ələkbərli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyaraq Neftçala rayonuna aparıb. Orada meyit yandırılıb.

    Meyitin tam yanmadığını görən Ə.Ələkbərli və A.Ağamalızadə cəsədi avtomobillə İmişli rayonuna aparıb. İmişli rayonunda meyit balta ilə hissələrə bölünüb. Həmin şəxslər meyitin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonlarının ərazilərində basdırıb.

    Ramella İbrahimxəlilova
    loading...