Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
  • ... Amma biz də durmayacağıq
  • Mircəfər Bağırovun bilinməyən məzarı - Gizlədilən həqiqət - VİDEO - FOTOLAR
  • "Xocalıya Ədalət"
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • 07 Nis 2015, 19:39   
        364
    Xalq artisti son mənzilə yola salındı - FOTO

    Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nəriman Məmmədovla vida mərasimi keçirilib.

    Trend-in məlumatına görə, mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq N.Məmmədovun mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından, bəstələdiyi ölməz musiqilərdən, bir pedaqoq kimi zəhmətsevərliyindən və qoyub getdiyi zəngin irsdən danışıb. Bildirilib ki, N.Məmmədovun milli musiqi mədəniyyətimizdə özünəməxsus yeri var. Onun yaradıcılığı musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır. Bəstəkarın müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq irsi çox zəngindir. O, 7 simfoniyanın, 2 baletin, 3 musiqili komediyanın, 2 müziklin, 7 instrumental konsertin, 3 oratoriyanın, 3 kantatanın, 25-dən artıq dram tamaşasına yazılmış musiqinin, 300-dən artıq mahnı və çoxlu sayda kamera-instrumental əsərlərin müəllifidir.

    Nazir deyib ki, bəstəkarın böyük Azərbaycan şairi Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında yazdığı "Humay" baleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyularaq müəllifinə şöhrət gətirib. N.Məmmədovun musiqili-səhnə əsərlərindən Tofiq Bakıxanovla birgə yazdığı 3 musiqili komediyası - "Altı qızın biri Pəri", "Qız görüşə tələsir" və "Məmmədəli kurorta gedir" musiqili-komediyaları tamaşaçıların rəğbətini qazanıb. Onun əsərləri sırasında Hüseyn Cavidə həsr olunmuş IV simfoniya, Xocalı faciəsinə həsr olunmuş VII simfoniya və "Fərhad və Şirin" simfonik poemasını da xüsusi qeyd etmək lazımdır.

    Bəstəkarın yaradıcılığında mahnı və romansların xüsusi yer tutduğunu söyləyən nazir vurğulayıb ki, məhz bu səbəbdən onu haqlı olaraq "lirik bəstəkar" adlandırırlar.

    Diqqətə çatdırılıb ki, bəstəkarlıqla yanaşı, N.Məmmədov folklorşünaslıq sahəsində diqqətəlayiq xidmətləri olan musiqiçi kimi də tanınıb. Hələ tələbəlik illərindən başlayaraq N.Məmmədov AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı olub. 40 ildən artıq klassik musiqi abidəmiz olan muğamların not yazısı və tədqiqi ilə məşğul olub.

    Bəstəkarın pedaqoji fəaliyyətinin də çox önəmli olduğunu söyləyən Ə.Qarayev qeyd edib ki, o, uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, 60-cı ildən isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim kimi çalışıb. Bəstəkar, həmçinin Bakı Musiqi Akademiyasının Xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının professoru kimi fəaliyyət göstərib.

    N.Məmmədovun əməyi yüksək qiymətləndirilib, ö, ölkənin ən yüksək fəxri adlarına layiq görülüb.

    Vida mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, şair-dramaturq Ramiq Muxtar və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxış edərək N.Məmmədovun çoxşaxəli yaradıcılığından söz açıblar.

    Mərhumun ailəsi adından çıxış edən yaxın qohumu, professor Əli Əhmədov bəstəkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.

    Xalq artisti son mənzilə yola salındı - FOTO
    loading...