Xəbər lenti
Axtar

Bakıda və Sabirabadda ev yandı - FHN

19 Mrt 2015, 07:34   
    222
Bakıda və Sabirabadda ev yandı - FHN

Binəqədidə yanğın hadisəsi qeydə alınıb.
XeberTv.Az Fövqəladə Hallar Nazirliyinin (FHN)saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı taxta konstruksiyadan ibarət bağ evinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

*****

Daha bir yanğın hadisəsi isə Sabirabadda baş verib.

Sabirabad rayonu, Bulaqlı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.