• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

İsrail Misirlə Qəzza zolağının sərhədində HƏMAS-ın hədəflərinə zərbələr endirib

BAKI-XEBERTV.AZ

 


İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının Misirlə sərhədi yaxınlığında Fələstinin radikal HƏMAS təşkilatının hədəflərinə silsilə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu həftə İsrail Hərbi Hava Qüvvələri İsrail Müdafiə Ordusunun (SAXAL) Kəşfiyyat İdarəsi və Cənub Komandanlığının göstərişi ilə HƏMAS-a məxsus hərbi obyektlərə, postlara, müşahidə məntəqələrinə, silah anbarlarına və komanda-nəzarət mərkəzlərinə zərbələr endirib və onları məhv edib. Bu hədəflər Qəzza zolağı ilə Misir arasındakı sərhəd boyu yerləşib”, - deyə məlumatda bildirilir.

Ordunun qeyd etdiyi kimi, Misirlə həmsərhəd olan “Rəfah” yaşayış məntəqəsinin ərazisində yerləşən bu hücumlara məruz qalan obyektlər yaraqlılar tərəfindən istifadə edilib və xüsusən də anklav ərazisinə qaçaqmalçılıq yolu ilə silah-sursatın keçirilməsini təmin edib.

“Bu terror infrastrukturuna zərbə vurmaq HƏMAS-ın Qəzza zolağına daha çox silah qaçaqmalçılığı imkanlarının qarşısını alır. HƏMAS-ın ərazidəki fəaliyyəti (radikallara) Qəzza zolağına daxil olan humanitar yardımı ələ keçirməyə, silah qaçaqmalçılığını asanlaşdırmağa və HƏMAS-ın Qəzza zolağında SAXAL əsgərlərinə qarşı hücumlarında iştirak etməyə imkan verir”, - deyə mətbuat xidməti əlavə edib.

Mənbə: TASS



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →