• 14:19 – Karateçimiz Hüseyn Məmmədli Rusiyada keçirilən beynəlxalq "Ak Bars Kuboku"nda mükafatçılar siyahısına düşüb 
  • 22:56 – Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk yarış günü keçirilib 
  • 21:00 – Rusiya enerji sektoruna buna görə zərbə endirir - Qaluşenko 
  • 20:30 – ŞƏHİD HƏSƏNQULU QASIMOV 

Ərsin Tatar TDT-nin Zirvə görüşündə niyə yox idi?


Ərsin Tatar TDT-nin Zirvə görüşündə niyə yox idi?


Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar 3 noyabrda Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının toplantısında müşahidəçi statusunda iştirak etməli idi. Bununla bağlı aylar öncə razılıq var idi. Ancaq Ərsin Tatar Astanadakı Zirvə toplantısında yox idi.

XEBERTV.AZ xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Astanadakı çıxışında KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi və tamhüquqlu üzvlüyünün vacibliyi barədə fikrini təkrarlamışdı:

“Azərbaycan Prezidenti İlham Əliyev də Kuzey Kıbrısın Türk Dövlətləri Təşkilatına qatılmasının tərəfdarı olduğunu bildirib. Görünür, Mərkəzi Asiya ölkələri qərar verməyə tələsmirlər”.

Kuzey Kıprısın türk birliyindən kənarda qalmasını doğru saymayan politoloq gələn il baş tutacaq görüşdə bu məsələnin həll olunacağına inamını ifadə edib.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →