• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Beynəlxalq Türk Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Beynəlxalq Türk Akademiyası Azərbaycan Respublikasının Astanadakı səfirliyi ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Beynəlxalq Türk Akademiyasının ev sahibliyi etdiyi anım tədbirində Xocalı faciəsinə dair fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Tədbirdə ölkəmizin Astanadakı səfiri Ağalar Atamoğlanov, Azərbaycan diasporunun nümayəndələri, səfirliyin və Akademiyanın üzvləri iştirak ediblər. Anım tədbiri qətliamda həyatını itirən həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Akademik Şahin Mustafayev çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qırğınları haqqında məlumat verib. Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu bildirən akademik qeyd edib ki, günahsız insanların hansı ölkədə olmasından asılı olmayaraq həyatlarını itirməsi böyük fəlakətdir.

“Əminəm ki, beynəlxalq ictimaiyyət dünyanın heç bir ölkəsində günahsız insanlara qarşı bu kimi dəhşətli cinayətlərin törədilməməsi üçün Xocalıda baş verən qanlı hadisələrlə bağlı ədalətli qərar qəbul edəcək. Ümid edirəm ki, bəşəriyyət tarixində belə bir faciəvi hadisə bir daha təkrarlanmayacaq”, - deyə Şahin Mustafayev bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →