• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Acarıstanda güclü qasırğa bir nəfərin həyatına son qoyub

Son günlər Gürcüstan ərazisində cərəyan edən qasırğa, yağan güclü qar və uçqunlar ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, Qara dənizin Gürcüstan sahillərində baş verən qasırğa bir nəfərin həyatına son qoyub.

Qasırğa zamanı Kobuletidə sahildə olan 33 yaşlı İrina Slyusar dənizə düşüb. Onu xilas etmək mümkün olmayıb. Həmin şəxslə birlikdə olan digər qadın isə xilas ola bilib və o, xəstəxanaya yerləşdirilib. İrina Slyusar “Maral və atəşböcəyi” (Elk and Firefly" uşaq teatrının yaradıcılarından biri kimi tanınır.

Qeyd edək ki, güclü qar və yolların buz bağlaması səbəbindən beynəlxalq dərəcəli avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Gürcüstanın qərbində bir neçə kəndlə əlaqə kəsilib, yüzlərlə ev işıqsız qalıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →