• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Vergiödəyicilərinə göstərilən xidmətlərin məmnunluq səviyyəsi ölçülür

“İqtisadiyyat Nazirliyinin xidmət mərkəzlərinin fəaliyyətinin təşkilinə dair Metodiki Göstəriş”ə, “Vergiödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na və “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”na uyğun olaraq vergiödəyicilərinə xidmət strukturları tərəfindən göstərilən üzbəüz xidmətlər, keçirilmiş görüşlər və ünvanlı xidmətlər üzrə məmnunluq səviyyəsinin ölçülməsi həyata keçirilir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, xidmət mərkəzlərində quraşdırılmış xüsusi aparat vasitəsilə keçirilmiş sorğuya əsasən, vergiödəyicilərinin üzbəüz xidmətlərdən məmnunluq səviyyəsi 98,8 faiz (hədəf – minimum 85 faiz), telefon vasitəsilə keçirilmiş sorğu nəticələrinə əsasən görüşlər üzrə 94 faiz (hədəf – minimum 85 faiz), göstərilmiş ünvanlı xidmətlər üzrə isə 100 faiz (hədəf – minimum 85 faiz) təşkil edib.

Bununla yanaşı, istifadəçilər tərəfindən Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlərin qiymətləndirilməsi ilə bağlı texniki imkanların yaradılması üzrə proqram təminatının hazırlanması işləri yekunlaşmaq üzrədir. Proqram təminatının DVX-nin İnternet Vergi İdarəsinin yeni e-portal layihəsində istifadəyə verilməsi nəzərdə tutulub.

Funksionallıq istifadəyə verildikdən sonra elektron xidmətlərin istifadəçilər tərəfindən qiymətləndirilməsi, həmçinin xidmətlə əlaqədar irad və təkliflərin qeyd edilməsi mümkün olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →