• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Zəlzələdən zərər çəkmiş: Bütün xatirələrimiz evimiz ilə birgə çöküb, yox oldu

Qızlarım və yoldaşım zəlzələ vaxtı çox qorxmuşdular. Bir ata olaraq onların gözlərindəki qorxunu heç vaxt unutmayacam.

Bunu AZƏRTAC-a müsahibəsində Türkiyədəki zəlzələdən zərər çəkmiş Qaziantep sakini Məhməd Qutlu deyib.

Yaşadıqları hadisəni sözlə ifadə edə bilmədiyini qeyd edən zərərçəkmiş: “Biz türklər döyüşçü millətik, lakin bu başqa bir hadisədir. Həmin an yaşadığımız çarəsizliyin böyüklüyünü sözlə ifadə edə bilmərəm. Bütün xatirələrimiz evimiz ilə birgə çöküb, yox oldu. Xanımım azərbaycanlıdır. Burada onun qohumları var. Prezident İlham Əliyevə, Azərbaycan xalqına qonaqpərvərliyi üçün hər gün dua edirik. Onun bizim üçün burada yaratdığı imkanlar və eyni zamanda xəstəxananın həkimlərinin bizə mənəvi dəstəyindən də tam razıyıq”,- deyə bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →