• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Cari əməliyyatlar balansında 17,7 milyard dollar profisit yaranıb

Cari ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, cari əməliyyatlar balansında 17,7 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 9,6 milyard dollar kəsir yaranıb, ehtiyat aktivləri 7,6 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 107 dollar/barel olub, qeyri-neft-qaz ixracı isə 21,5 faiz artaraq 2 milyard dollar səviyyəsində formalaşıb.

Doqquz ay üzrə cari əməliyyatlar hesabının profisiti 17,7 milyard dollar və ya ÜDM-in 30,7 faizini təşkil edib (2021-ci ilin 9 ayı üzrə 3,9 milyard dollar profisit olub). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə artaraq 21,4 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 12,1 faiz azalaraq 3,7 milyard dollar məbləğində olub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →