• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Dan Greku: Azərbaycanla Rumıniya arasında imzalanan sənədlər regionun sabitliyi üçün mühüm əhəmiyyət daşıyır

Azərbaycan Avropa İttifaqı və NATO ilə əməkdaşlıq çərçivəsində regionda iqtisadiyyatın inkişafı, nəqliyyat dəhlizlərinin açılışı, enerji daşınması üzrə lider ölkəyə çevrilib. Bu isə öz növbəsində bölgədə sabitliyin davam etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Rumıniyada siyasi və hərbi analitik, elmlər doktoru, general-mayor Dan Greku bildirib.

Analitik qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi zamanı Cənubi Qafqazda Avropa İttifaqı ilə əməkdaşlığa yönələn sazişin bağlanması regiona sülh, əmin-amanlıq gətirir, bu çətin vəziyyətdə dünya ölkələrinə örnək ola biləcək fəaliyyət istiqamətini göstərir.

Rumıniya Azərbaycan əlaqələrinə, Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfərinə toxunan analitik bildirib ki, Rumıniya Azərbaycanla 2009-cu ildə strateji tərəfdaşlıq barədə saziş imzalayıb. Bu, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə bağladığı ilk sazişi olub. “Hazırda bu möhkəm əməkdaşlığın təzahürünü, iki dövlət arasında əlaqələrin inkişafını müşahidə edirik. SOCAR-la “Romqaz” arasında qaz tədarükü dair imzalanan saziş, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək sualtı elektrik kabelinin çəkilməsi ilə bağlı razılıq, yaşıl enerji layihələri regionu inkişaf etdirəcək, ticarət dövriyyəsini artıracaq, Cənubi Qafqaz ölkələrini Aİ-yə daha da yaxın edəcək”, - deyə Dan Greku vurğulayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →