• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Dünyanın ən yaşlı olimpiyaçısı Feliks Sienra vəfat edib

Uruqvay sakini, 1948-ci ildə London Yay Olimpiya Oyunlarının iştirakçısı olan Feliks Sienra 107 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.

Bildirilib ki, idmançı Olimpiadanın ən yaşlı iştirakçısı idi. Onun yelkənli idman növündə mübarizə apardığı qeyd edilir. Sienra 1948-ci ildə London Yay Olimpiya Oyunlarında altıncı olub.

Sienranın ölümündən sonra hazırda yaşayan ən yaşlı olimpiyaçı alman atlet Villi Büsinqdır. O, 1952-ci il Yay Olimpiya Oyunlarında iştirak edib. V.Büsinqin mart ayında 102 yaşı tamam olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →