• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

İtalyan bəstəkarın əsəri Opera və Balet Teatrında

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanı müasir dövrün ən məşhur dirijorlarından olan Korneliya fon Kerssenbrok idarə edəcək.

İtalyan bəstəkar Cüzeppe Verdinin “Kameliyalı Qadın” (A.Düma) əsərinin motivləri əsasında bəstələdiyi "Traviata" operası həyatın məngənəsində yolunu azmış gənc Violetta ilə, ona aşiq olan Alfredonun eşq uğrunda apardığı mübarizədən bəhs edir.

Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsində əsas rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Azər Zadə, İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, aparıcı solistlər Mahir Tağızadə və Nina Makarova canlandıracaq.

Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iTicket.az saytından əldə etmək olar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →