• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Nazir: Minimum pensiyaya dair islahat nəticəsində 2,5 dəfədən çox artıma nail olunub

Azərbaycan sosialyönümlü dövlətdir. Ölkəmizdə sosial sahənin inkişafına xüsusi önəm verilir. Azərbaycanda beş il ərzində dörd böyük sosial islahat paketi icra olunub. Beş il ərzində dörd dəfə minimum pensiyaya dair islahat həyata keçirilib. Bunların nəticəsi olaraq 2018-ci ildə 110 manat olan minimum pensiya 280 manata çatdırılır. Bu, 2,5 dəfədən çox artım deməkdir. Eyni zamanda, Azərbaycanda orta pensiya 2 dəfədən çox artıb.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2" Aİ tvininq layihəsinin açılış mərasimində deyib.

Nazir bildirib ki, ölkəmizdə pensiyaların əlçatanlığının təmin edilməsi üçün böyük bir sığorta stajı amnistiyası həyata keçirilib: "Builki sosial islahat paketi çərçivəsində amnistiyanın müddəti daha üç il də uzadıldı. Faktiki olaraq 2006-dan 2018-ci ilə qədər sosial sığorta ödənişi etmiş hər bir şəxs pensiya sistemi ilə əhatə olunur. Belə geniş miqyasda sosial sığorta güzəşti çox nadir ölkələrdə olur. Bunu da Azərbaycan hökuməti öz vətəndaşları üçün təqdim edib".
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →