• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Bakıdakı Rus Evində “Qış fantaziyası”

Bakıdakı Rus Evində (RİMM) Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi üzrə gənc istedadların “Qış fantaziyası” adlı konserti keçirilib.

RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsertdə Zəhra Zeynalova, Aylin Babazadə, Aydan Nəsirli, Nərmin Kərimli, Ayşə Əlizadə, Gülarə Bayramova, Zümrüd Məmmədova, Nərmin Quliyeva və Fazil Əlişli (piano), Ömər Bəbirli və Nailə Növrəsli (vokal), Adnan Kərimli (zərb alətləri), Davud Rüstəmov və Zəhra Rüstəmova (tar), Elmira Dadaşova və Sura Rüfət (violin), Cəlalə İsmayılzadə (piano, violonçel), həmçinin konsertmeysterlər Lalə Bağırzadə, Dilarə Əhmədova, Svetlana Əhmədova, Arzu Səfərova çıxış ediblər.

Qeyd edək ki, konsert proqramında Azərbaycan və dünya klassik bəstəkarlarının əsərləri səsləndirilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →