• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Beynəlxalq Forumun iştirakçıları “ASAN xidmət”də

ASAN xidmət”in təşkilatçılığı ilə “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” mövzusunda keçirilən Beynəlxalq Forumda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin müavini İurie Turkanu, Monteneqronun dövlət idarəçiliyi naziri Maraş Dukaj, Maldiv Respublikasının ətraf mühit, iqlim dəyişikliyi və texnologiyalar üzrə naziri Mohammed Şarif, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov və Serbiya Baş naziri Ofisinin Dövlət İdarəçiliyi İslahatı qrupunun direktoru Marta Tomovska “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyaların tətbiqi, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar “ASAN xidmət”, “ABAD” publik hüquqi şəxsi, “Bilim Bakı” mərkəzi barədə məlumatlar diqqətə çatdırılıb.

Moldova tərəfi ilə keçirilən görüşdə Baş nazirin müavini İurie Turkanu “ASAN xidmət” modelinin öz ölkələrində tətbiqi ilə bağlı təklifi ilə çıxış edib və bu istiqamətdə Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnun olacağını bildirib.

Monteneqro tərəfi ilə keçirilən görüş zamanı tərəflər arasında 2017-ci ildə imzalanmış dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər barədə fikir mübadiləsi aparılıb. Nazir “ASAN xidmət” modelinin Monteneqroda tətbiqi ilə əlaqədar Dövlət Agentliyinin dəstəyini xahiş edib. Azərbaycan təcrübəsinin Monteneqroda tətbiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.

Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov ilə keçirilən görüş zamanı 2019-cu ildə Özbəkistan tərəfi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Özbəkistan tərəfi Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında Özbəkistanda vahid məkandan dövlət xidmətləri göstərən mərkəzlərin uğurlu fəaliyyətinə toxunaraq ötən illər ərzində göstərilən dəstəyə görə Dövlət Agentliyinin sədrinə təşəkkürünü bildirib.

Serbiya tərəfi ilə baş tutan görüş çərçivəsində Marta Tomovska “ASAN xidmət” mərkəzi, eləcə də Dövlət Agentliyi tərəfindən görülən işlərin onlarda böyük təəssürat yaratdığını bildirib. Müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı razılığa gəlinib.

Xatırladaq ki, Forumda müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan və platformalardan, eləcə də innovasiyalar üzrə nüfuzlu şirkətlərdən ümumilikdə 50-yə yaxın xarici qonaq iştirak edib. Qonaqlar “ASAN xidmət”in fəaliyyəti ilə yerində tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →