• 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 
  • 22:38 – Bayden Zelenskiyə yardımla bağlı vəd etdi 
  • 22:32 – Ceyhun Bayramov Çexiyaya yola düşdü 

Əziz Sancar: Türkiyəyə layiq olmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm

Tarixi şəxsiyyətlərin, görkəmli elm və sənət adamlarının, mədəniyyət xadimlərinin adlarının əbədiləşdirilməsi türk xalqlarının ən qiymətli dəyərləri sırasında öndə yer alır. Mardin Hava Limanına Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Sancarın adının verilməsi də nəsillərə örnək olan bir nümunədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Mardinə səfəri çərçivəsində bu barədə verdiyi məlumat ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, şəxsiyyətinə göstərilən böyük ehtiramı yüksək dəyərləndirən Əziz Sancar bu barədə fikirlərini bildirərək deyib: “Məni Türkiyə Respublikasının elm adamı kimi qəbul edən, ölkəmizə verdiyim elmi töhfələri və Türkiyə sevgisini yüksək qiymətləndirən, bunu hər fürsətdə vurğulayan Prezidentimiz Rəcəb Tayyib Ərdoğana və bu məsələdə böyük səy göstərən Mardin valisi Mahmut Dəmirtaşa Mardin aeroportuna “Mardin Əziz Sancar Hava Limanı” adının verilməsi ilə məni bu şərəfə yüksəltdiyiniz üçün bütün Sancar ailəsi adından sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Türkiyəyə layiq olmaq üçün bundan sonra da əlimdən gələni edəcək, müqəddəs Vətənimiz üçün yeni elm adamları yetişdirməyə çalışacağam”.

Xatırladaq ki, Azərbaycanda da hər zaman Nobel mükafatı laureatı Əziz Sancar şəxsiyyətinə hörmət və ehtiramla yanaşılıb. Təsadüfi deyil ki, görkəmli türk alim cari ilin yazında Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Festivalının ali qonaqları sırasında yer alıb.

Prezident İlham Əliyev dünyaşöhrətli türk alimin şəxsiyyətini belə tərənnüm edib?: “Gənclər üçün Əziz Sancar kimi insanlar örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insandır. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →