• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Portuqaliya Ukraynaya generator, qızdırıcı və lampalarla kömək edəcək

Portuqaliyanın xarici işlər naziri Joau Gomeş Kravinyo ölkəsinin Kiyevə yardım koordinasiyasının yeni mexanizminə töhfə vermək məqsədilə Ukraynaya generator, qızdırıcı və LED lampalar göndərəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, Parisdə təşkil olunan “Ukrayna ilə həmrəylik” konfransı bu ölkəyə göstərilən beynəlxalq yardımın koordinasiyasını gücləndirmək üçün Paris Mexanizmini yaradıb.

J.Kravinyonun sözlərinə görə, Portuqaliya elektrik istehlakının azaldılması üçün 50 milyon LED lampa istəyən Prezident Volodimir Zelenskinin müraciətinə cavab olaraq Ukraynaya yardım göndərəcək. Hazırda 650 qızdırıcı, fevral ayından isə ayda 1000 qızdırıcı göndərilə bilər.

Nazir, həmçinin Portuqaliyanın Polşaya gələn ukraynalı qaçqınları dəstəkləmək üçün əlavə 30 milyon avro olmaqla öz ölkəsi üçün “görünməmiş” bir məbləğ olan 250 milyon avro yardım vədini xatırladıb.

Paris təşəbbüsünün Kiyevə kömək üçün 400 milyon avrodan çox vəsait cəlb edəcəyi gözlənilir. Konfransa videobağlantı vasitəsilə qoşulan Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qış soyuğuna tab gətirməsi üçün Parisdə keçirilən tədbirdə iştirak edən 46 dövlət başçısı və nümayəndədən təxminən 800 milyon avro xahiş edib.

Hazırda 17,7 milyon ukraynalının humanitar yardıma, 9,3 milyonunun isə ərzaq və mənzilə ehtiyacı var.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →