• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Beynəlxalq blogerlərin Şuşa düşərgəsi başa çatıb

Beynəlxalq blogerlərin Şuşa düşərgəsi başa çatıb

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə həyata keçirilən “Show Me Azerbaijan (Mənə Azərbaycanı göstər) - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi” layihəsi çərçivəsində 10-dan çox ölkəni təmsil edən blogerin Azərbaycana səfəri başa çatdı.

Son iki gündə Şəki, İsmayıllı və Şamaxıya səfər edən blogerlər Şəki Xan sarayı, Karvansaray, o cümlədən, bu rayonların qədim küçələri və məscidləri ilə tanış olublar. Daha sonra Qəbələ rayonununun Nic kəndində Cotari Alban-Udi kilsəsi, eləcə də tatların yaşadığı Lahıcda olan blogerlərin bir çoxu Azərbaycanda istər dövlət, istərsə də cəmiyyət səviyyəsində multikultural və dini dəyərlərə, müxtəlif dillərdə danışan insanların biri-biriləri ilə mehriban şəraitdə yaşamasına xüsusi önəm verildiyini bildiriblər. Basqalda blogerlər kəlağayı emalatxanasında olublar, Azərbaycanın bu qədim geyiminin hazırlanma üsulu ilə tanış olublar.

Amerikalı bloger Duqlas Barnard Şəkidə “İmam Əli” məscidinin qarşısında çəkiliş edərək bu yeri Nəcəf şəhərinə bənzədib. Blogerlər öz paylaşımlarında bu şəhərin qədimliyinə və gözəlliyinə, o cümlədən, zəngin mətbəxinə heyran olduqlarını bildiriblər.

Növbəti gün onlar İsmayıllı rayonuna səfər ediblər. İraqlı bloger Seyf Aldin Lahıc haqqında “Bura çox gözəl yerdir, insanları sadədir” paylaşımı edib. Finlandiyadan olan Kamilla Milya, portuqaliyalı Joao Leitao Lahıcın həm qədimliyinə, həm də təbiətinə, xüsusilə, Zərnəvə asma körpüsünün gözəlliyinə heyran olduğunu bildiriblər.

Son olaraq Şamaxıda Cümə məscidində namaz qılan müsəlman blogerlərin şiə və sünnilərin bir yerdə ibadət etmələri xüsusi diqqətini çəkdi.

Blogerlər hər üç rayonun bir sıra təbiət məkanlarına gediblər, öz profillərində video və foto paylaşımlar yayımlayıblar.

Qeyd etmək lazımdır ki, öncəki günlər onlar Füzuli və Şuşa şəhərlərinə səfər edərək, 28 il davam edən erməni işğalı nəticəsində bu şəhərlərdə baş vermiş kütləvi dağıntılarla tanış olublar, bununla bağlı sosial şəbəkələrdə müxtəlif video və şəkil paylaşımları ediblər.

Layihənin əsas məqsədi Azərbaycan və Qarabağ həqiqətlərini dünyaya yaymaqdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının on milyona qədər artırılması layihənin əsas məqsədlərindən biridir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →