Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Paltarınızda bu varsa, deməli, sizi izləyirlər – Diqqət
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA - Bina mühasirəyə alındı
  • Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır - Nüvə silahları İŞƏ SALINIR
  • Rus qızları niyə bu qədər GÖZƏL OLUR? - SİRLƏR AÇILDI
  • Bəylər diqqət!Hər 6 cütlükdən biri bu problemi yaşayır
  • Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə...
  • Rusiya açıqladı: Bu bazalara hücum edildi
  • Müharibə hesabatı yayıldı - Azərbaycanın da adı var

    06 Şub 2015, 08:25   
        318
    Müharibə hesabatı yayıldı - Azərbaycanın da adı var

    Cenevrə şəhərində yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2014-cü ilin dekabrında təqdimatı keçirilmiş yeni Müharibə Hesabatı geniş ictimaiyyət üçün açıqlanıb.


    Bu barədə AzərTAc-a Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hesabat Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu və Cenevrə Universitetinin birgə mərkəzi olan Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanıb və Oksford Universitetinin nəşriyyat evində çap edilib.

    Sənəddə 2013-cü il ərzində 26 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 39 silahlı münaqişə barəsində məlumat verilir. Hesabat dövlətlər, BMT və onun ixtisaslaşmış təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları və akademik dairələr üçün nəzərdə tutulur və dünyadakı mövcud münaqişələrlə bağlı arayış və istinad mənbəyi qismində istifadə edilməsi məqsədi daşıyır. Hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və hərbi təcavüzün davam etməsi faktı birmənalı şəkildə yenidən təsdiqlənir, münaqişə tərəflərinin yalnız Ermənistan və Azərbaycan olduğu vurğulanır. Hesabatın 44-48-ci səhifələrində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal edildiyi bildirilir, işğalçı dövlət olaraq Ermənistanın öhdəlikləri diqqətə çatdırılır. Sənədin sözügedən münaqişəyə həsr olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı” adlanır. 2007-ci ildə Cenevrə Universitetinin hüquq fakültəsi və Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu tərəfindən təsis edilmiş Cenevrə Akademiyası silahlı münaqişə vəziyyətlərinə dair beynəlxalq hüququn müvafiq sahələri ilə bağlı elmi tədqiqat işlərinin aparılması, təlim kursları və mütəxəssislərin görüşlərinin keçirilməsi sahəsində fəaliyyət göstərir. Akademiyanın fəaliyyəti İsveçrənin Lozan Universiteti, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İsveçrənin Xarici İşlər üzrə Federal Departamenti tərəfindən dəstəklənir.

    Xatırladaq ki, Müharibə Hesabatının 2012-ci ili əhatə edən ilk nəşri 2013-cü ilin dekabrında nəşr olunmuşdu.
    loading...