• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

“Üç ildir ki, evimi söküb nə mənzil veriblər, nə də kompensasiya...” - Rəsmi açıqlama

“Üç ildir ki, evimi söküb nə mənzil veriblər, nə də kompensasiya...” - Rəsmi açıqlama

“Sabunçu rayonu Rəsulzadə küçəsi 2 ünvanında köhnə ikimərtəbəli binanın ikinci mərtəbəsində evimiz var idi. Üç il əvvəl binamız “Premium Yaşam” şirkəti tərəfindən söküldü, iki ildən sonra yerində yeni bina tikib təhvil verdilər. Amma bizə nə binadan ev verildi, nə də kompensasiya verildi ki, gedib özümüzə ev alaq”.

Bu şikayətlə həmin binanın 52 saylı mənzilində yaşayan Xalidə Allahverdiyeva müraciət edib.

Onun sözlərinə görə, sözügedən mənzili bacısı ilə birlikdə alıb və hər ikisinin ümumilikdə 8 nəfərlik ailə üzvü orada yaşayıb. O, həmçinin indiyə qədər evinin sökülməsi haqqında müqaviləyə imza atmadığını, mənzilinin öz razılığı olmadan söküldüyünü iddia edir: “İndiyə kimi 1 manat da olsun kirayə pulu almamışam, illərdir qohumlarımın evində yaşayıram. 110 kv metrlik mənzilim var idi. Sabunçu Rayon İcra Hakimiyyətindən gəldilər, komissiya təşkil elədilər, 110 kv evimi 88 kv metr hesabladılar. Dedim yaxşı, 88 kv metrdirsə, onda ona düşən əraziyə uyğun ev verin. Lakin onu da vermədilər. Dedilər ki, sizə 43 kv metr düşür. Mənim şikayətlərimdən sonra mənə 75 kv metrlə razılaşmağı təklif etdilər. Bildirdim ki, yerdə qalan əraziyə görə də pul ödənişi olunsun. Necə olur ki, bizdən aşağıdakı mərtəbədəki qonşuya 110 kv metr hesablanır, ona iki mənzil verilir, amma mənə 43 kv metr verilir? Evimin sökülməsindən üç il keçir, hələ də haqqım olanı ala bilməmişəm”.

X. Allahverdiyeva İcra Hakimiyyətindən dövlət qurumlarına şikayət etdiyinə görə onunla prinsip aparıldığını deyir.

Problemlə bağlı “Premium Yaşam” MTK ilə əlaqə saxladıq. Şirkətdən vətəndaş X. Allahverdiyevanı tanımadıqlarını, mənzili sökülən bütün sakinlərin evlə təmin olunduğunu bildirdilər: “Sakinlər əvvəlcə Sabunçu Rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayırdılar. Sonra ev ayrılırdı, bundan sonra onlar bizə yönləndirilirdilər. Kim ki İcra Hakimiyyəti ilə müqavilə bağlayıb, onların hamısı evlə təmin olunub. Xalidə Allahverdiyevanı isə biz tanımırıq”.

Şikayətçinin razılığı olmadan evinin sökülməsi məsələsinə gəlincə isə, inşaat şirkətindən bildirilib ki, söküntü sakinlərin razılığı ilə aparılıb: “Orada nə qədər sakin var idi, hamısı evlə təmin olunub. Sakinlər söküntü ilə bağlı icra hakimiyyətinə müraciət ediblər. Sonra bizə müraciət olunub və biz də bina inşa edib onlara təhvil vermişik. Ümumilikdə 61 sakin mənzillə təmin olunub”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →