• 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:36 – Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək 
  • 19:31 – “Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib 
  • 19:23 – 763-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi 

“Şuşa Zəfər Layihəsi” təqdim olundu

“Şuşa Zəfər Layihəsi” təqdim olundu

Diasporla İş üzrə Dövlət Komitəsi 8 Noyabr - Zəfər Günü münasibətilə “Şuşa Zəfər Layihəsi”ni təqdim edib.

Dövlət və hökumət nümayəndələrinin, millət vəkilləri və ziyalıların qatıldığı tədbirin iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra qonaqlara Azərbaycan Diasporuna Dəstək Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə dəstəyi ilə ərsəyə gələn, mədəniyyət paytaxtımız Şuşada həyata keçirilən “Şuşa Zəfər Layihəsi” barədə ətraflı məlumat verilib. Fondun icraçı direktoru Əkrəm Abdullayev bildirib ki, layihə “Şuşa ili” çərçivəsində və Zəfər Günü münasibətilə həyata keçirilib, onun təşəbbüskarı isə San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru, ABŞ-ın tanınmış universitetlərində ustad dərsləri keçən, Azərbaycan musiqisini və kamançanı xaricdə təbliğ edən İmamyar Həsənovdur.

Layihədə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, Vasif Adıgözəlovun əsərlərinə və bir sıra milli musiqi kompozisiyalarına müraciət olunub, həmin əsərlər İ.Həsənovun məharətli ifası ilə təqdim olunub. İmamyar Həsənov çıxışında xaricdə yaşayan azərbaycanlı musiqiçi kimi Azərbaycan dövlətinin dəstəyini həmişə üzərində hiss etdiyini bildirib və buna görə Prezident İlham Əliyevə təşəkkür edib. O, Şuşanın Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olduğunu və belə bir layihənin onun yaradıcılığında parlaq səhifəyə çevrildiyini qeyd edib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndəsi Elmira Fərzəliyeva Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna səmərəli əməkdaşlıq üçün minnətdarlıq edib.

Qonaqlar “Şuşa Zəfər Layihəsi” adlı musiqi albomunu izlədikdən sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Şuşa ili” çərçivəsində və Zəfər Günü münasibətilə dünya azərbaycanlılarının həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb: “Dünya azərbaycanlıları hər zaman ölkəmizin və Ali Baş Komandanın yanındadırlar, beynəlxalq müstəvilərdə haqq səsimizin daha ucadan eşidilməsinə töhfələrini verirlər. “Xaricdə yaşayan azərbaycanlılar üçün əsas prinsip Azərbaycanın müstəqilliyidir. Müstəqilliyimizi isə nə sağdan, nə də soldan kimsə təhdid edə bilməz”.

Komitə sədri İmamyar Həsənovun timsalında onların Qarabağla bağlı fəaliyyətlərini yüksək qiymətləndirib. Eyni zamanda komitənin layihələrinə hər zaman dəstək göstərən müvafiq dövlət qurumlarına və Heydər Əliyev Fonduna təşəkkür edib.

Şuşanın Azərbaycan tarixindəki rolundan bəhs edən əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova qeyd edib ki, Azərbaycan musiqisi ölkəmizi dünyada tanıdan brendlərdən biridir. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Vətən müharibəsindəki tarixi Zəfərin Azərbaycan xalqını birləşdirdiyini və Birinci Qarabağ müharibəsindəki şəhidlərimizin qisasının alınması ilə nəticələndiyini vurğulayıb.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev “Şuşa Zəfər Layihəsi”ni böyük mədəniyyət hadisəsi adlandırıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →