• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Şəhid Məhərrəmov Elnur Nərbala oğlunun 40 mərasimi keçirildi

Şəhid Məhərrəmov Elnur Nərbala oğlunun 40 mərasimi keçirildi

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalmış Göyçay rayonunun Şəkər kənd sakini, Məhərrəmov Elnur Nərbala oğlunun 40 mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin üzvləri, dindarlar, ağsaqqallar və şəhidlərin ailə üzvləri iştirak edirdilər.
Əvvəlcə şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edənlər bütün şəhidlərimiz kimi Elnur Məhərrəmovun xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı.
Sonra rayon İcra Hakimiyyətinin başçısı şəhidin valdeyinləri üçün yeni inşa edilən yaşayış evində aparılan tikinti işlərinin gedişi ilə maraqlandı.
Şəhid Məhərrəmov Elnur Nərbala oğlunun 40 mərasimi keçirildi
Şəhid Məhərrəmov Elnur Nərbala oğlunun 40 mərasimi keçirildi
Şəhid Məhərrəmov Elnur Nərbala oğlunun 40 mərasimi keçirildi
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →