• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?


Sabah, sentyabrın 7-də paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək.

Bu barədə Report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

G.Məmmədova xatırladıb ki, bu gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək:

“Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə isə 23-28 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enməsi müşahidə olunur. Günorta saatlarında 21-24 dərəcə isti olacaq”.

Direktor əlavə edib ki, bölgələrdə də bu gün və sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir:

“Əsasən dağlıq-dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur. Sentyabrın 8-i gündüz saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →