• 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:36 – Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək 
  • 19:31 – “Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib 
  • 19:23 – 763-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi 

Şəkidə qədim tikililərin orijinal görkəminin dəyişdirilməsinə dair yayılan fikirlər yanlışdır - DTA

Şəkidə qədim tikililərin orijinal görkəminin dəyişdirilməsinə dair yayılan fikirlər yanlışdır - DTA

Sosial şəbəkələrdə Dövlət Turizm Agentliyi (DTA) tərəfindən Şəkinin tarixi mərkəzində binaların bərpası zamanı qədim tikililərin orijinal görkəminin dəyişdirilməsinə dair bəzi yanlış fikirlər yayılmaqdadır.

DTA-dan bildirilib ki, Agentlik tərəfindən Şəkinin tarixi mərkəzində bəzi binaların bərpa işləri aparılır. Bunlardan biri də çar Rusiyası dövründə kazarma kimi tikilən, sovet hakimiyyəti illərində isə xəstəxana kimi istifadə olunan binadır.

Tikilinin bərpası zamanı binanın üst suvaq qatı təmizləndikdə alt qatdan bu tikilinin fərqli dövrlərdə inşa edildiyi bəlli olub.

Belə ki, binanın orta hissəsinin çar Rusiyası dövründə, kənar korpuslarının isə sovet hakimiyyəti illərində inşa edildiyi aşkarlanıb. Bunu sübut edən əsas faktlardan biri pəncərələrin üstündə bölmənin betondan olmasıdır. Əlavə edilən korpusların inşasında çay daşı və kərpicdən istifadə edilib. Həmin dövrdə tikinti zamanı keyfiyyətsiz kərpicdən istifadə olunduğuna görə bu hissə açıq havada aşınmaya məruz qalır. Bu hissədə hörgünü saxlamaq və bərpa etmək mümkün olmadığından, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin mütəxəssisləri layihələndirmə zamanı tikilinin ən qədim (orta) hissəsini açıq saxlamaq, sonradan əlavə edilmiş kənar korpusun üzərini isə ənənəvi Şəki singiri rəngində suvaq ilə örtmək qərarı veriblər.

Ətraflı
Qeyd edək ki, bu yanaşma dünya təcrübəsində bir çox bərpa işlərində tətbiq edilib. Bu cür bərpadan sonra fasada baxdıqda, tikilinin fərqli dövrlərdə inşa olunduğu fərq edilir.

Digər bir faktı da vurğulamaq istərdik ki, Şəkidə bərpa olunan digər bina – Xan sarayının arxa hissəsində yerləşən və çar Rusiyası dövründə kazarma məqsədilə inşa edilən qədim binanın bərpası zamanı suvaqdan istifadə edilməyib. Bu binaya sovet dövründə müdaxilə olunmadığına görə suvaq qatı təmizlədikdən sonra binanın orijinal hörgüsünü bərpa etmək mümkün olub və binanın görünüşü olduğu kimi saxlanıılb.

Qeyd edək ki, sovet hakimiyyəti illərində Şəkidəki bir çox tarixi binaların bərpası zamanı onlara üst suvaq qatı vurulub. Hətta Xan Sarayının divarında da suvaq qatı olub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →