• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

BƏƏ, Misir və Omanın 60-a yaxın nəşrində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə məqalələr həsr olunub

BƏƏ, Misir və Omanın 60-a yaxın nəşrində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə məqalələr həsr olunub

Ərəb mediasında, o cümlədən, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Misir mətbuatında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında avqustun 27-də də məqalələr dərc olunub. Beləliklə, ümumilikdə 60-a yaxin ərəbdilli mətbu orqanda Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verilib.

Dərc olunan materiallarda Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın inkişafında oynadığı fəal roldan, onun təşəbbüsü ilə həyata keçirilən islahatlardan və layihələrdən bəhs edilir. Müəlliflər mədəni və dini irsin qorunması və bərpasında Mehriban Əliyevanın rolunu xüsusi vurğulayırlar.

Xüsusilə, "Dubai Global News" nəşri qeyd edir ki, Mehriban Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. "Mehriban Əliyevanın fəaliyyətinin mühüm göstəricisi onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nümunəsidir. Məktəb tikintisi layihələri, məktəbəqədər təhsil müəssisələrinin bərpası, uşaq evlərinin, internat məktəblərinin inkişafına dəstək proqramı, yeni uşaq və tədris müəssisələrinin tikintisi bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Mehriban Əliyeva ölkədə xeyriyyə hərəkatını dirçəldib, Heydər Əliyev Fondunu təkcə Azərbaycanda deyil, həm də bütün dünyada xeyirxahlıq və mərhəmətin ünvanına çevirib. Azərbaycan mədəniyyətinin, musiqisinin, mədəni irsinin və adət-ənənələrinin qorunması, dünyada geniş təbliğatı Mehriban Əliyevanın ali məqsədlərindən biridir. Onun çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarına daxil edilib, muğam dünya şöhrətli janra çevrilib", - məqalədə deyilir.


"Ejaraine News" nəşrinin jurnalistləri, öz növbəsində qeyd edir ki, müxtəlif ölkələrdə irimiqyaslı humanitar və sosial layihələr, ümumdünya irsinin mühafizəsinin beynəlxalq səviyyədə dəstəklənməsi, tarixi abidələrin bərpası Mehriban Əliyevanı Azərbaycanın humanitar və mədəni diplomatiyasının başlıca nümayəndəsinə çevirib. "Azərbaycanın birinci vitse-prezidenti müqəddəs yerlərin, məscid və ibadətgahların, dini abidələrin bərpası və tikintisinə böyük dəstək göstərir. O, həmçinin toleranlıq və mədəniyyətlərarası dialoqun təbliğatına böyük töhfə verir: onun təşəbbüsü ilə kilsə və sinaqoqların bərpası uğurla davam edir", - nəşrdə bildirilir.

Ərəb KİV-lərində dərc olunan materiallarda xüsusilə vurğulanır ki, Mehriban Əliyevanın təşkilatçılıq bacarıqları Azərbaycanda qlobal tədbirlərin keçirilməsində xüsusi rol oynayıb. "I Avropa Oyunlarının Təşkilat komitəsinin sədri qismində fədakar işi Mehriban Əliyevanı xalqın gözündə bir qədər də yüksəltdi. Bu, IV İslam Həmrəyliyi Oyunlarında da özünü göstərdi" - materiallarda qeyd olunur.

Birinci vitse-prezident şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış əsgər və zabitlərin sağlamlığının bərpa olunması üçün vacib tədbirlər görür.

"Mehriban Əliyevanın şəxsiyyəti və fəaliyyəti bütün dünyanın diqqət mərkəzindədir. Mehriba Əliyevaya UNESCO və ISESCO-nun xoşməramlı səfiri fəxri adının verilməsi də bu diqqətin göstəricisidir. Onun parlaq nailiyyətləri həm də təltif olunduğu çoxsaylı nüfuzlu mükafatlarda əks olunur. Amma Mehriban Əliyevanın özünün də qeyd etdiyi kimi, onun üçün ən ali mükafat xalqın hörməti və sevgisidir", - məqalələrdə deyilir.

Bu nəşrlərin görüntülərini təqdim edirik:
BƏƏ, Misir və Omanın 60-a yaxın nəşrində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə məqalələr həsr olunub
BƏƏ, Misir və Omanın 60-a yaxın nəşrində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə məqalələr həsr olunub
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →