• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Azəri Home Chef” şirkəti ilə əməkdaşlıq çərçivəsində ölkədə ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçiriləcək.

Iyunun 25-də saat 12:00-da Xaçmaz rayonunda “Zəfər” parkında keçiriləcək festivalda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin məsul şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.

Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstəriləcək.

Tədbirdə, həmçinin qonaqlar üçün kənd təsərrüfatı şirkətlərinin təqdimatı keçiriləcək, festival iştirakçıları milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olmaq imkanı qazanacaqlar. Festivalda mədəni-etnoqrafik tədbirlərin təşkil, ağır atletlərin çıxışı, müxtəlif əyləncəli yarışların və müsabiqələrin təşkil olunması nəzərdə tutulur.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →