• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Qusarda "Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir" mövzusunda ədəbi-bədii kompozisiya və sərgi təqdim olunub

Qusarda "Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir" mövzusunda ədəbi-bədii kompozisiya və sərgi təqdim olunub

Qusarda "Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir" mövzusunda keçirilən tədbirdə maraqlı ədəbi-bədii kompozisiya və sərgi təqdim olunub.

Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən "Şuşa İli" çərçivəsində keçirilən tədbir Nəriman Nərimanov adına parkda təşkil olunub.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, mədəniyyət işçiləri, kitabxanaçılar, fəal oxucular və rayon ictimaiyyəti iştirak ediblər.

İştirakçılar əvvəlcə kitabxana və klub işçilərinin Şuşa və Qarabağa aid əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun şücaətlərindən, xalqımızın yumruq kimi birləşərək düşmənə qarşı mübarizəsindən söz açıblar.

Bildirilib ki, Vətən müharibəsində Qusar rayonu 37 övladını şəhid verib, 150 nəfərdən çox qusarlı döyüşlərdə yaralanıb.

Natiqlər Qarabağda aparılan quruculuq işlərindən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.

Tədbir kitabxanaçıların, fəal oxucuların və mədəniyyət işçilərinin iştirakı ilə maraqlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kollektivi Vətən müharibəsi dövründə ordumuza hərtərəfli dəstəyə və vətənpərvərlik mövzusunda tədbirlərin təşkilində fəal iştirakına görə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin fəxri fərmanı ilə təltif edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →