• 22:33 – Vətən sevgisi 
  • 20:50 – Makronun Bakıdakı səfirini bu tərzdə çağırması… - Video 
  • 20:37 – Aprelin 23-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək. 
  • 16:03 – Lunyev “Qarabağ”dakı maaşından danışdı 

Azərbaycanda Peşələr Festivalı keçiriləcək - SIYAHI

Azərbaycanda Peşələr Festivalı keçiriləcək - SIYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək.

Nazirlikdən verilən xəbərə görə, “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.
Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçiriləcək.

İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, peşə və ixtisas seçiminə dəstək göstəriləcək.

Festivala ilk olaraq 15 may tarixində Şamaxı şəhərində start veriləcək.
Ümumilikdə, Festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:

Şamaxı -15 may
Sumqayıt - 17 may
Lənkəran - 19 may
Şirvan - 21 may
Bakı - 23 may
Şəki - 25 may
Mingəçevir - 27 may
Bərdə - 30 may
Gəncə - 1 iyun
Qazax - 2 iyun

Festival çərcivəsində təqdim olunacaq peşələr isə bunlardır:
Aşbaz
Dərzi
Bərbər-vizajist
Frontend developer
Qrafik-dizayner
İnteryer-dizayner
Kompüter proqram təminatçısı
Elektrik
Təmirçi çilingər
Elektron cihazların təmirçisi

Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olacaqlar. Tədbirdə iştirak ödənişsizdir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →