• 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 
  • 22:38 – Bayden Zelenskiyə yardımla bağlı vəd etdi 
  • 22:32 – Ceyhun Bayramov Çexiyaya yola düşdü 

Fərhad Əhmədovun superyaxtası müsadirə edilə bilər

Fərhad Əhmədovun superyaxtası müsadirə edilə bilər

Almaniya hakimiyyəti azərbaycanlı əsilli iş adamı Fərhad Əhmədova məxsus 360 milyon dollar dəyərində olan “Luna” superyaxtasını müsadirə edə bilər. Hazırda yaxta Almaniyanın Hamburq limanında təmir olunur.

Məlumata görə, Əhmədov Aİ-nin sanksiyalarına məruz qaldığı üçün onun yaxtanın müsadirəsinə hazırlıq gedir.

Hətta əvvəllər Əhmədovla həyat yoldaşı Tatyana arasında boşanma davası səbəbindən “Luna” yaxtası bir neçə il Dubay limanında olub. Yalnız keçən ilin dekabrında, keçmiş həyat yoldaşları qarşılıqlı kompensasiya haqqında razılaşdıqda, o, Hamburqdakı gəmiqayırma zavodlarından birinə təmir üçün çəkildi.

Fərhad Əhmədovun özü də bu ilin aprelində Avropa İttifaqının sanksiyalarına məruz qalıb və bu o deməkdir ki, “Luna” yaxtası, eləcə də azərbaycanlı milyarderin Qərbdəki digər aktivləri müsadirə edilməlidir.

Almaniyanın hakimiyyət orqanları bunun iki səbəbini - "Luna"nın qanuni sahibinin müəyyən edilməsi prosedurlarının hələ həyata keçirilmədiyini əsas gətirərək sanksiyaları həyata keçirməyə başlamayıb.

Qeyd olunur ki, gəmi Hamburqdan çıxmağa cəhd edən kimi alman hakimiyyət orqanları onu dərhal həbs edəcək.

Onu da xatırladaq ki, İsveçrə bu yaxınlarda Aİ-nin bir sıra rus oliqarxlarına, o cümlədən Fərhad Əhmədova məxsus onlarla İsveçrə bank hesablarının müsadirəsini nəzərdə tutan beşinci anti-Rusiya sanksiyalar paketini dəstəkləmişdi.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →