• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

İlin ilk Günəş tutulması başa çatıb

İlin ilk Günəş tutulması başa çatıb

Mayın 1-də saat 02:37-də ilin ilk Günəş tutulması başa çatıb.

Günəş tutulması aprelin 30-u saat 22:45-də başlayıb və 3 saat 52 dəqiqə davam edib.

Tutulmanın maksimumu saat 00:41-də olub.

İlin ilk qismən Günəş tutulmasını Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə edilib, Azərbaycan ərazisində müşahidə olunmayıb.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

XXX

22:53

Aprelin 30-da saat 22:45-də ilin ilk Günəş tutulması başlayıb.

Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək və mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →