• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Pambığın alış qiyməti artırıla bilər

Pambığın alış qiyməti artırıla bilər

Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, aprel ayının ikinci ongünlüyündən başlayaraq pambıqçılıq rayonlarında çiyid səpininə start veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Beyləqan, İmişli, Ağcabədi və digər rayonlarda yazlıq əkinlərə hazırlıq dövründə fermerlərlə keçirilən silsilə görüşlərdə deyib ki, Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir.

"Eyni zamanda pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, xam pambığın alış qiyməti bu il də 50 manat artırılıb. Bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq", - deyə qeyd olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →