• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Yoluxma minimuma enib, bəs karantin rejimi niyə ləğv edilmir? - AÇIQLAMA

Yoluxma minimuma enib, bəs karantin rejimi niyə ləğv edilmir? - AÇIQLAMA

Ölkəmizdə bir neçə həftədir ki, koronavirusa yoluxanların sayı ikirəqəmli həddə düşüb. Artıq əvvəlki kimi koronavirus pandemiyası qorxu və stresə də səbəb olmur. Buna baxmayaraq, sərt karantin şərtləri qalmaqda davam edir. Hətta bəzi ölkələrdə qapalı məkanlarda maskadan istifadə də ləğv olunduğu halda, ölkəmizdə karantin rejiminin yumşaldılmaması sual doğurur.

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, dünyanın bir sıra ölkələrində karantin rejimi artıq aradan qaldırılır. Bu fonda ölkəmizdə də sərt karantini ləğv etmək olar:

“Demək olar ki, artıq koronavirus pandemiyasına yoluxanlara rast gəlinmir. Yoluxma sayı da kifayət qədər aşağı səviyyədədir. Sadəcə karantin rejiminin ləğv edilməməsinin səbəbi naməlumdur. Bu, Operativ Qərargahda oturanların gəldiyi qənaətə əsasən verilən qərardır. Bütün hallarda Azərbaycanda sərt karantin qaydalarını aradan götürmək olar. Çünki karantinin uzadılması üçün ciddi səbəb qalmayıb”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →