• 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 
  • 22:38 – Bayden Zelenskiyə yardımla bağlı vəd etdi 
  • 22:32 – Ceyhun Bayramov Çexiyaya yola düşdü 

Nazirlik bəzi şəxslərə “Müharibə veteranı” adının verilməməsinə münasibət BİLDİRDİ

Nazirlik bəzi şəxslərə “Müharibə veteranı” adının verilməməsinə münasibət BİLDİRDİ

Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsilə “Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.

Nazirlikdən bildirilib ki, bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı əsassız tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar:

"Bildiririk ki, səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.

Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir".
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →