• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Yanvar-fevralda əhalinin 13 %-i icbari tibbi sığortadan yararlanıb

Yanvar-fevralda əhalinin 13 %-i icbari tibbi sığortadan yararlanıb

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən fevral ayı ərzində 63 şəhər və rayon üzrə 493 718 vətəndaşa 1 822 749 tibbi xidmət göstərilib.

Agentlikdən verilən xəbərə görə, ay ərzində tibb müəssisələrinə 826 335 müraciət daxil olub. Bu isə ölkə üzrə qeydə alınan bütün tibbi xidmət sayının 63 %-ni, müraciət sayının isə 62 %-ni əhatə edir. Fevral ayında bölgələrdə müraciətlər üzrə tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i isə stasionar şəraitdə göstərilib. Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, müəyyən simptomlar, habelə mamalıq və ginekologiya ilə bağlı olub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →